!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin Özbəkistandakı konsertinə hansı məşhur qatıldı? – “Uçmağa qanadım yox idi” - FOTO

!Reklam – Yazi

“Onun solo konsertimə gəlişi mənə inanılmaz bir sevinc yaşatdı”.

Bunu Özbəkistanda verdiyi solo-konserti ilə bağlı təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Sənətçi solo-konsertində qatılan qonaqlarından danışıb:

“May ayında Özəkistana üç dəfə səfər etdim. İki solo konsertim baş tutdu, bir də klip çəkilişlərim oldu. Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu konsert Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Samir Abbasovun təşkilatçılığı ilə baş tutdu.

Özbəkistannı əfsanəvi estrada müğənnisi, bəstəkar və aktyor, “Yalla” qrupunun qurucusu Fərrux Zakirov, Əməkdar artist Yıldız Turdiyeva, opera müğənnisi Xursand Şerov konsertimə qatıldılar. Fərrux Zakirov Özbəkistan və Azərbaycanda sevilən əfsanəvi bir sənətkardır. Vaxtilə Azərbaycanda möhtəşəm konsertlər verib. Yadımdadır ki, onun konsertinə bilet amaq üçün uzun növbələr düzülürdü. Hər kəs o konsertə düşə bilmirdi. Çünki bilet tapılmırdı. Sevilən sənətkar gül dəstəsi ilə səhnəyə çıxdı və mənimlə bərabər oxudu. Elə bil dünyanı mənə bağışladılar, uçmağa qanadım yox idi. Böyük sevgi ilə qarşı-qarşıya idim. Qardaş özbək xalqının Azərbaycan musiqisinə böyük sevgisini görəndə qürurdan gözlərim yaşardı. Bu, Azərbaycan musiqisinə verilən dəyərdir. Hər zaman milli musiqimizi digər ölkələrdə təmsil və təbliğ etməkdən zövq almışam”.

Cəvahir

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv