Xalq artistinin səhhəti ağırlaşdı – Qızından AÇIQLAMA

Xalq artisti Arif Quliyevin səhhəti ağırlaşıb.

Yenicag.az-a açıqlama verən aktyorun qızı atasının səhər saatlarında reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

“Atamın vəziyyəti ağırdır, həkimlər belə deyir. Yanına buraxmırlar”.

Qızı Arif Quliyevin 5 gün əvvəl koronavirus diaqnozu ilə Yeni Klinikaya yerləşdirildiyini bildirib:

“Beş gün əvvəl xəstəxanaya gətirdik. Vəziyyəti pis deyildi, bu səhər səhhəti ağırlaşıb, gəldik gördük, reanimasiyadadır”.

Cəvahir

COP29