!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin səhhəti pisləşdi: "Məni xilas edin, yaşamaq istəyirəm"

!Reklam – Yazi

Bu barədə Yeniçağ.az-a açıqlama verən diktor Sabir Ələsgərov yenidən dava-dərman qəbul etdiyini deyib:

“Səhhətim düzəlmişdi, mart ayı gələndən yenidən pisləşdim. Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gedib-gəlirəm, həkim nəzarəti altında müalicə olunuram. Həkim deyir ki, havalar soyuq keçdiyinə görə xəstəliyim ağırlaşıb. Sifətim əyilib. Üzümün sağ tərəfi, gözüm, alnım şişib, əlimi vururam, heç nə hiss etmirəm. Bilmirəm, nə vaxt sağalacam, dava-dərman qəbul etməkdən bezmişəm”.

Bəs görəsən diktor müalicə olunmaq üçün xaricə getməyi düşünürmü?

“Burda həkimlər çox yaxşıdır, harasa getmək fikrim yoxdur. Böyrəyimdə olan çirki təmizlədilər, bütün problemləri əməliyyat yoluyla həll etdilər; ümid edirəm ki, bu xəstəlikdən də qurtulacam. Deyirlər ki, xəstəliyim əsəblə əlaqədardır. İnanın, həyat o qədər şirindir ki, insan yaşamaq istəyir”- deyən Sabir Ələsgərov ümidini üzmədiyini bildirir.

Xatırladaq ki, S.Ələsgərov iki dəfə boyrəyindən əməliyyat olunub.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv