Xalq artistinin sevinc GÖZ YAŞLARI: “Bu xoşbəxtliyi mənə və bütün Azərbaycana yaşadan…”

“Hər yerdə o qədər böyük insan axını ilə qarşılaşdım ki, qürur hissindən gözlərim doldu”.

Bu sözləri ölkədə keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi ilə bağlı təəssüratlarını bölüşən Xalq artisti Firəngiz Mütəllimova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa sevincinin yerə-göyə sığışmadığını bildirib:

“Mən bu mütləq qələbəyə inanırdım və səsverməyə də bu sonsuz inam hissi ilə getmişdim. Hər yerdə o qədər böyük insan axını ilə qarşılaşdım ki, qürur hissindən gözlərim doldu. Sevə-sevə, fəxarətlə səsimi bizə şanlı tarixi canlı yaşadan Müzəffər Ali Baş Komandanımıza verdim.

Əminəm ki, 30 illik torpaq həsrətimizə son qoyan Qarabağ Fatehi Azərbaycanı işıqlı gələcəyə aparacaq. Buna qalib ölkənin qalib vətəndaşı, həm də bütöv Azərbaycanın vətəndaşı kimi əminəm. Var olsun prezidentimiz…

30 ildən sonra ilk dəfə Şuşaya ayaq basdığımda mən nə qədər dualar etdiyimə Allahım şahiddir. Bu xoşbəxtliyi mənə və bütün Azərbaycana yaşadan qalib sərkərdəmiz İlham Əliyev oldu. Xalq da öz layiqli seçimini etdi. Bu seçim dövlətimizə əminamanlıq, sülh, sağlıq və bərəkət gətirəcək. Prezidentimi ürəkdən təbrik edirəm”.

Cəvahir

COP29