Xalq artistinin vəziyyəti AĞIRLAŞDI: “Heç kimi tanımır…”

Yanvarın 18-də Xəzər Tibb Mərkəzinin Nevrologiya şöbəsinə köçürülən Xalq artisti Ənvər Həsənovun vəziyyəti yenidən ağırlaşıb.

Kəskin işemik insult diaqnozu qoyulan aktyor yenidən reanimasiyaya yerləşdirilib.

Bu barədə Yenicag.az-a aktyorun qızı Aytən Həsənova açıqlamasında bildirib.

O, atasının vəziyyətinin ağır olduğunu deyib:

“Atamın vəziyyəti ağırdır. Reanimasiyaya yerləşdirildi. Danışmır, yemək yemir, heç kimi tanımır, gözləri boşluğa baxır. Reanimasiyadadır”.

Cəvahir