!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin xanımından ÜRƏKDAĞLAYAN SÖZLƏR: ”Həkimlər boynuna götürmür”

!Reklam – Yazi

Xalq artisti, kinorejissor, sevimli aktyor Ramiz Əzizbəylinin xarici ölkələrin birində həkim müayinəsinə ehtiyac var. Amma ailənin bunu qarşılamaq üçün maddi imkanı yoxdur.

Sənətkarın həyat yoldaşı Zümrüd Əzizbəyli Yenicag.az-a açqlamasında belə deyib:

“Ramizin səhhətində irəliləyiş yoxdur. Gəzə bilmədiyi üçün evdə müalicə alır. Həkimlər də onu müayinə etmək üçün mütəmadi olaraq evə gəlirlər. Üç ildir ki, insult xəstəliyindən əziyyət çəkir, bir yandan da diabet onu əldən salıb. Sağalması üçün boyun damarları dəyişdirilməlidir. Üç il əvvəl Türkiyədən dəvət etdiyimiz həkim onu müayinə etdi və əməliyyatın risqli olduğunu söylədi. Burda da həkimlər boynuna götürmür, deyirlər ki, əməliyyat ölümlə nəticələnə bilər. Üstündən 3 il keçib, bəlkə də indi səhhəti əməliyyata imkan verər, bilmirik. Bunun üçün Almaniyadan həkimlər dəvət etməliyik, çünki Ramizin vəziyyəti imkan vermir ki, onu xaricə aparaq. Xaricdən həkimlər gəlməlidir ki, onu burda müayinə etsinlər. Bu da maddiyyat tələb edir, o pul da bizdə yoxdur. Əlimizə düşəni onun dava-dərmanına xərcləmişik. Hətta bu illər ərzində borca da düşmüşük. Ramiz özünə hörmət edən adamdır, belə şeyləri dilinə gətirməyi sevmir”.

Cəvahir Səlimqızı
Yenicag.az

COP29

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv