Xalq artistlərinə vəzifə verildi

ATV-dən sonra Xəzər TV-də də Bədii Şura yaradılıb.

Yenicag.az xəbər verir ki, sözügedən kanaldakı şuraya Xalq artisti Nazpəri Dostəliyeva, Həmidə Ömərova, Xalq yazıçısı Elmira Axundova, bəstəkar Novruz Aslan və bir neçə tanınmış üzv seçiliblər.

Qeyd edək ki, ötən gün də ATV kanalında da Bədii Şura yaradılmışdı. Həmin şuraya Xalq artisti Faiq Ağayevlə Murad Dadaşov üzv seçilmişdi./Unikal.org/