“Xalq Bank”ın İdarə Heyətinin üzvləri bankdan ayrıldı

“Xalq Bank”ın İdarə Heyətinin iki üzvü vəzifəsindən kənarlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Valyuta.az-a bank sektordakı mənbədən bildirilib.

Qeyd edilib ki, Kərim Quliyev və Röyam Hüseynzadə İH-nin üzvlüyündən ayrılıb. Bununla da “Xalq Bank”ın İdarə Heyətinin üzvlərinin sayı 4-dən 2-yə enib. Bankın İdarə Heyəti hazırda 7 nəfərlə təmsil olunur.