!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq Ərdoğanın çağırışı ilə 13 milyard dollarını lirəyə çevirdi

!Reklam – Yazi

190331-690x450Türk milləti Ərdoğanın çağrışına səs verərək 13 milyard dollar pulunu lirəyə çevirdi, dolların məzənnəsi bir andaca düşdü

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir neçə gün öncə qiyməti qalxan dolların, yenidən düşməsi ilə bağlı açıqlama verib.

Bir neçə gün öncə, Türkiyədə 3,60 TL-yə qalxan dolların dünən yenidən 3,39-a enməsindən danışan Kurtulmuş prosesin davam edəcəyini deyib

“Çox şükür, bu xəbəri eşitdikdə çox sevindim. Türk lirəsi layiq olduğu səviyyələrə gələcəkdir. Bu məsələdə həyata keçirdiyimiz iqtisadi fəaliyyətlərin ciddi nəticələr verəcəyinə inanıram.

“Çevriliş cəhdindən bu günə kimi millətimiz 13 milyard dollar pulunu gətirib türk lirəsinə çevirdi. Bundan sonra, baş verən proseslərlə bağlı müəyyən oynamalar ortaya çıxdı. Bəzi dairələr bundan istifadə edib, “Türkiyənin iqtisadiyyatı dağılır” kimi yersiz bəyanatlar verməyə başladılar. Çox şükür, bu planları da alınmır.

Millətimiz cənab prezidentimizin çağrışına səs verib əllərindəki dollarları lirəyə çevirir. Bir daha çox təşəkkür edirik. Həmçinin dövlət müəssisə və təşkilatları da dollar üzərindən apardığı əməliyyatlarını türk lirəsi üzərindən etmə qərarı verdilər. Ciddi bir problem yoxdur” deyə Kurtulmuş qeyd edib.(Avropa.info)

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv