!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xalq Hərəkatının daxilində bəzi qaranlıq məsələlər oldu” - Partiya sədri

!Reklam – Yazi

“Kimlərsə Hərəkatın fəaliyyətində perspektiv görürsə, bu, onların öz işidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Xalq Hərəkatını (AXH) tərk etdikdən sonra həmin qurumda və ondan kənarda baş verənləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, onun Hərəkatı tərk etməsinin başlıca səbəbi format iştirakçılarının bəzi yanlış addımları və “qaranlıq məsələlər” olub:
“Bilirsiz ki, Azərbaycanın müxalifət qüvvələrinin hər zaman bir arada olaraq səmimi əməkdaşlığının tərəfdarı olmuşuq. Xalq Hərəkatının yaradılmasına da bu niyyətlə qatılaraq, əlimizdən gələni etmişik.

Lakin Hərəkat daxilində baş verən parçalanma, bəzi üzvlərin yanlış addımları və müəyyən qaranlıq məsələlər mənim oranı tərk etməyimə səbəb oldu. Ancaq bu addımı atarkən də çalışdım ki, Hərəkata hər hansı ziyan dəyməsin.

Yanlış addımların və qaranlıq məsələlərin nədən ibarət olduğunu açıqlamaq istəmirəm – bunu o şəxslərin özləri bilirlər. İndiki halda kimlərsə Hərəkatın fəaliyyətində perspektiv görürsə, bu, onların öz işidir – mən belə bir perspektiv görmürəm. Hazırda bütün diqqətimiz partiyamızda təşkilati işlərin gücləndirilməsinə yönəlib”.

A.Zeynalov

www.yenicag.az

3281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv