Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Xalq parlamenti” formalaşdırılır - Pənah Hüseyn müxalifətin seçkisonrası taktikasını açıqladı

Reklam: Sinerji Pro

“2010-cu il parlament seçkilərindən sonra formalaşdırılmış “İctimai Palata”nın yeni modifikasiyası yaradıla bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral növbədənkənar parlament seçkilərindən sonra müxalifət qüvvələrinin situasiyaya uyğun yeni təşəbbüslərini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

Pənah Hüseynin sözlərinə görə, artıq müxalifət daxilində “Xalq parlamenti”nin formalaşdırılması təşəbbüsü irəli sürülüb:

“Bu formatda növbədənkənar parlament seçkilərində iştirak etmiş deputatlığa namizədlərin könüllülük prinsipi əsasında təmsilçiliyi təklif olunur. Belə bir formatın yaradılmasında məqsəd heç bir halda hakimiyyətin bir qolunun konstitusion funksiyalarını mənimsəmək deyil. Əgər bu formada təşkilatlanma baş tutarsa, o, əlbəttə ki, “rəmzi parlament” statusunda olacaq.

Səsvermənin nəticələrini qəbul etməyən deputatlığa namizədlər, seçkilərdə saxtakarlığın olduğunu bildirən ictimai xadimlər, o cümlədən, mən də daxil olmaqla, bir sıra partiya sədrləri bu təşəbbüsü dəstəkləyirlər. Başqa sözlə, bu əsasda 2010-cu il parlament seçkilərindən sonra formalaşdırılmış “İctimai Palata”nın yeni modifikasiyası yaradıla bilər.

Eyni zamanda, azad və ədalətli seçkilərin keçirilməsi üçün yeni koalisiyanın yaradılması da təklif və müzakirə olunan variantlar arasındadır. Fikrimcə, bu ideya geniş tərkibdə yox, daha məhdud çevrənin iştirakı ilə gerçəkləşə bilər. Açığı, bu variantla əlaqədar mövqelər tam müəyyənləşmədiyi üçün məndə olan informasiyaları ictimailəşdirməyə çətinlik çəkirəm.

Üçüncü variant isə ənənəvidir. Yəni, Xalq Cəbhəsi Partiyası və Milli Şura hələ ki gözləmə mövqeyi tutublar. Onlar hər zaman olduğu kimi, yenə deyirlər ki, kim mübarizə aparmaq istəyirsə, bizə qoşulsun, ya da özü mübarizəsini müstəqil qaydada davam etdirsin. Bununla belə, hesab edirəm ki, onların da fərqli taktika seçəcəkləri istisna olunmur.

Hər halda, yaxın günlərdə bu variantlarla bağlı müəyyənliyin yaranacağını düşünürəm”.

Səxavət Məmməd

www.yenicag.az

526
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100