Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq şairindən karantindən bezənlərə MƏSLƏHƏT

“Kim D vitamini qəbul etmək istəyirsə, “maykasın” çıxarsın, otursun balkonda. Elə aptekdə də satılır, alıb qəbul edə bilərlər. Evdə oturmaq lazımdır ki, bu bəladan qurtaraq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq şairi Vahid Əziz sərt karantin rejimində evdə oturmaq istəməyən insanlardan danışarkən deyib.

Vahid Əziz gəzinti üçün 2 saatlıq icazənin yetərli olduğunu deyib:

“Mən də sözəbaxan uşaq kimi oturmuşam evdə. İlham pərisi gələndə şeir yazıram, gəlməyəndə də başqa işlərimi görürəm. İki saat icazən var, çıx, gəz, hava al. Mən hər səhər icazəmi alıram. Ağzımda maska, cibimdə spirt, havamı da alıram, gəzirəm də. Soruşan da yoxdur ki, hara gedib, hardan gəlirsən”.

Şair toyların təxirə salınmasına da münasibət bildirib:

“Təki yas olmasın, toylarsız da keçinmək olar. Əsas sevgi-məhəbbətdir. İki insan arasında sevgi varsa, birgə yaşasınlar, toyu da sonra edərlər”.

Cəvahir

www.yenicag.az

937
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100