!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalqın başında çatlayan məmur tamahı... – “A-dan Z-yə Aqil Ələsgərlə” - VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 16-cı buraxılışı ilə görüşünüzə gəlib.

Papa Fransisk İraq səfəri, Bakıdakı feministlərin dağıdılan aksiyası, Dövlət Gömrük Komitəsi ilə sahibkarlar arasında gərginlik, pandemiya ilə bağlı ölkəmizdə yaşananlara dair həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Papa Sistaninin ayağına niyə getdi?

Əslində, şəxsən mənim üçün həftənin ən maraqlı hadisəsi feministlərin marşı deyil, Papa Fransisk Nəcəf səfəri idi. Çünki Papanın Sistaninin ayağına getməsi heç də Haşdi Şabiinin xristian iraqlıları İŞİD-dən qoruduğuna görə təşəkkür etmək deyil, o bölgədə yeni ocaqların atəşlənməsinə zəmin hazırlamaq, İrana qarşı hansısa müdaxilə olarsa, İraq şiələrinin neytral qalmalarına zəmin hazırlamaq üçün idi. Sistaninin nüfuzu və İrana bağlı olmayan iraqlı dini lider olması da Papanı onun kasıb evinə gəlməsinin başlıca səbəbi idi. Ancaq bu səfərin sizi qətiyyən maraqlandırmadığını bildiyimdən, mövzuya qısa olaraq toxundum ki, ürəyimdə xal qalmasın.

*
Feminizm yanlışları…

Feminizm. Bu günlərdə hər kəsin dilində bu söz olsa da, mənasını, yeyildiyini, yoxsa içildiyini heç bir çox simpatizanı belə bilmir. Bilsələr, kiminsə əllərinə verdiyi “İstanbul konvensiyası tətbiq olunsun” şüarını səsləndirməzdilər.

Çünki bu gün Türkiyədəki qadın cinayətlərinin başlıca səbəbi məhz elə o konvensiyadır.

Mənim üçün burada maraqlı başqa bir məqam feministlərin nə istəməyindən daha çox onlara qarşı olan aqressiyadır. 30-40, bilmədin 100 aktivistin bir araya toplaşıb, hansısa şüar səsləndirməsindən dövlət niyə narahat olmalı və nə üçün hər aktivistə minimum 5 polis ayırmalıdır?! Həm də heç bir sosial bazaya sahib olmamaqla yanaşı, marginal və toplum tərəfindən birmənalı qəbul edilməzlərkən…

Yəni feminizmin Şərq toplumu tərəfindən qarşılığının olmadığı aşikarkən, onları yerlərdə sürümək bu qrupu sadəcə və sadəcə, legitimləşdirir.

Bir vaxtların hicab qalmaqalı necə kiçik bir məktəbdə başlayıb, sürətlə dini-siyasi cərəyanların əsas donoru oldusa, sayca az olmalarına baxmayaraq, küçəyə çıxmaqdan çəkinməyən bu azlıq da birilərinin diqqətini çəkə bilər, sayənizdə…

***

Sahibkarın gömrüyün qapısında qalan əli…

Bazar od tutub, yanır. Qiymətlər hər keçən gün artır. Səbəb isə müharibədən çıxmağımız, ya da karantin-filan deyil, məmur tamahının daha da azğınlaşmasıdır. Sahibkar belinə yüklənəni daşımağa çalışdıqca, məmur bir az da o yükü ağırlaşdırır. Sahibkar qəddini düzəltməyə çalışdıqca, məmur yükünə yük əlavə edir.

Ölkədə istehsal olmadığından, xaricə əlimiz məhkumdur. O əli isə gömrüyün qapısında elə sıxırlar ki, ya qanqrena olub kəsilməyə məhkum olur, ya da komaya girir o əlin sahibi. Nəticədə uduzan sadəcə, bir sahibkar deyil, dövlət və xalqdır. Ancaq gömrüyün əbədi və əzəli nehrəmli generalları bu ay o birindən daha çox nəticə əldə edəcək və paketləri bir az da şişəcək deyə, sahibkarın anasını ağladırlar.

Və səsini çıxaranları da bölüb, parçalayıb, daha zəlil günə salırlar ki, bugünkü günlərinə şükür etsinlər. Bunlar bir tərəfdə özlərinə səltənət qurur, bir tərəfdən də dövlətin büdcəsinin hər qəpiyinə ehtiyacı olduğu halda, ilkin 30 milyon xərclənməsi nəzərdə tutulan 17 mərtəbəli inzibati bina tikirlər.

Halbuki yaxın qonşumuz olmaqla bərabər ərazisi bizdən 200, əhalisi 18, gömrükdən büdcəsinə yığılan pul 35 dəfə çox olan Rusiyanın Gömrük Xidməti beş mərtəbəli binada yerləşir. Qardaş və strateji ortağımız Türkiyədə gömrüyə Ticarət Nazirliyinin bir departamenti nəzarət edir.

Yalnız Azərbaycanda insanlar gömrükdən illallah deyir və ölkədəki bahalaşmanın əsas səbəbkarı da Dövlət Gömrük Komitəsidir. Və qara maskalı qaqaşın bu komitəni ziyarətinin vaxtı nəinki çatıb, hətta bir az gecikib…

***
Azərbaycansayağı koronavirus

Dünyadakı koronavirus statistikasını demək olar ki, günaşırı izləyirəm. Artan var, azalan var. Ancaq Azərbaycandakı statistika kimi ziqzaq edən yoxdur.

Sırf hər yeri açmaq istəyən zaman 4 minə qalxan statistikanın birdən-birə 100-lərə düşməsi, yenidən bağlanması gündəmə gələrkən, 100-lərdə “sürünən” koronanın bir gün beş-altı addım irəli keçib, 500-600-lərə qalxmasının elmi izahını heç Hippokrat da verə bilməz.

Ancaq Ramin Bayramlı verə bilər. Hətta Yaqutu qabağa verib, “Siz düşmür başa” dedirib, milləti yerə borclu çıxarda bilərlər. Yaxşılıq deyil ki, əllərindən gəlsin…

www.yenicag.az

1970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv