“Əslində isə belə danışmasının səbəbi zəlzələ ilə bağlı suallara tam arxayın cavab verə bilməməsidir”.
Bu fikirləri səhər saatlarında Bakı və şimal bölgələrimizdə baş verən zəlzələdən sonra Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin uzun müddət ortaya çıxmamasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədri bildirib ki, konkret sahələrin rəhbərləri ekstremal vəziyyətlərdə xalqı maraqlandıran suallara aydınlıq gətirməlidirlər:
“Zəlzələdən sonra əhali arasında gərginlik və təşviş var. Görünür, Qurban bəy də əsəbi olduğuna görə “Zəlzələdən xəbərim olmayıb” kimi açıqlama verib.
Əslində isə belə danışmasının səbəbi zəlzələ ilə bağlı suallara tam arxayın cavab verə bilməməsidir. Nəticədə isə əhalinin təşvişi bir az da artır.
Ümumiyyətlə, məsələ tək Qurban Yetirşmişlidə deyil. Məmurların çoxu öz yerindədir ki, o da yerində ola?
Belə olduqda isə xalqı maraqlandıran suallara cavab verə bilmirlər. Nə deyim, bədbəxtik də…”
Nəsimi Ələsgərli