İranın ali dini lideri Ayətullah Əli Xamanei dünyadakı bütün müsəlmanlarını birliyə səsləyib.
Yenicag.az xarici KİV- istinadən xəbər verir ki, Xamanei müsəlman dövlətlərini ABŞ-a qarşı çıxmağa çağırıb. Dini lider Donald Trampın nüvə razılaşmasının ləğvi ilə bağlı söylədiyi sözlərə sərt reaksiya verib:
“İran Amerikanın və digər özündənrazı qüvvələrin zorakılığına qarşı uğurlu şəkildə mübarizə aparır və bu mübarizəni sona qədər davam etdirəcək. Dünyadakı bütün müsəlman dövlətləri ABŞ və müttəfiqlərinə qarşı çıxmalıdır”.