İranın ali dini lideri Ayətullah Əli Xamanei ölkədə baş verən proseslərdən sonra ilk dəfə açıqlama verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ali dini lider rəsmi internet səhifəsində hadisələrə münasibət bildirib:
“Düşmənlərimiz ölkədə üsyan qaldırdı. Müharibə olmasını istəyirlər. Üsyan qaldırmaq üçün pul, silah və casuslardan istifadə edirlər”.
Qeyd edək ki, İranda sosial siyasətə qarşı etiraz edən minlərlə insan aksiyalar keçirir. Hökümət etiraz dalğasının genişlənməməsi üçün bir sıra tədbirlər görüb, həmçinin sosial şəbəkələrdən istifadəyə də məhdudiyyət qoyulub.