Xamenei hədələdi, X səhifəsini bağladı

X sosial şəbəkəsi İran rəhbəri Əli Xameneinin ivrit (ibranicə) dilində yeni açdığı X hesabını bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə X şəbəkəsinin yaydığı məlumatda bildirilib.

“Bu addım X qaydalarının pozulması səbəbindən atılıb”, – vurğulanıb.

Qeyd edək ki, Əli Xamenei iki gün əvvəl X şəbəkəsində ivrit dilində açdığı hesabında İsraili bu sözlərlə hədələmişdi:

“Biz İsraili İran xalqının gücünü, qabiliyyətini, təşəbbüsünü və iradəsini anlamağa məcbur edəcəyik”.

COP29