!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xameneyi dünyasını dəyişdi (?) – Ərəblər yazdı

!Reklam – Yazi

yenicag_xameneyiİranın dini lideri Ayətullah Seyid Əli Xameneyinin vəfat etdiyinə dair xəbər yayılıb. Yenicag.az xəbər verir ki, ərəblərin “almokhtsar” saytı bu barədə xəbər yayıb.

Xəbərdə bildirilir ki, Xameneyi bu gecə qaldığı xəstəxanada vəfat edib və hazırda onun vəfatının yaradacağı boşluğu doldurmaq üçün dövlətin zirvəsində müzakirələr gedir. Müxalif qüvvələrin bundan istifadə edərək, ölkəni qarışdırmaq istəmələri ehtimalına görə, xəbər gizli saxlanır.

Qeyd edək ki, İranın irib.ir saytı dünən Xameneyinin təbii ehtiyatlar və ekologiya üzrə məsul şəxslər ilə görüşünün olduğuna dair xəbər yayımlasa da, heç görüntü paylaşmayıb.

İstənilən halda xəbər hələ təsdiqini tapmayıb və daha çox iranlı aktivistlərin görüşlərini əks etdirir.

Ərəblərin iddiası doğru deyilsə, dünyada milyonlarla tərəfdara sahib azərbaycanlı ayətullah Xameneyiyə can sağlığı arzulayırıq.

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv