!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xameneyidən ABŞ-a intiqam MESAJI

!Reklam – Yazi

Süleymaninin qisasını alacağıq.

Yenicag.az xəbər verir ki, bu sözlər İran Ali dini lideri Əli Xameneyinin Süleymaninin ölümüylə bağlı yaydığı bəyanatda yer alıb.

“Əlini Süleymaninin qanına bulaşdıranları ağır qisas gözləyir”, – deyə bəyanatda bildirilib.

Əli Xameneyi deyib ki, ABŞ İraqdakı aviazərbələrlə İrandan və onun müttəfiqlərindən qisas alır.

O bildirib ki, bunun səbəbi İŞİD terror təşkilatının məhv edilməsidir:

“Biz görürük ki, amerikalılar İraq və Suriyada nələr edir. Onlar öz yaratdıqları və bəslədikləri İŞİD-in məhv olunmasına görə qisas alır”.

İran Prezidenti Həsən Ruhaninin müşaviri Hisamuddin Aşena ABŞ-ın “qırmızı xətti keçdiyini” bildirib və İranın zəruri addımlar atacağını bəyan edib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Bildirilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Qeyd edək ki, Süleymaninin ölümüylə bağlı İranda 3 günlük matəm elan edilib.

www.yenicag.az

922
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv