Xameneyidən ABŞ-a sərt ittiham: “İranda müharibə, çaxnaşma yaratmaq istəyirlər”

ABŞ İranda müharibəyə başlamaq istəyirdi, amma heç nə planlanan kimi baş vermədi.

Yenicag.az xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneyi şəxsi “Twitter” səhifəsində bildirib.

“ABŞ-ın planı sanksiyalar və təxribatlarla İranda, qarşıdurmalar və vətəndaş müharibəsi yaratmaq idi. Ancaq bacardıqları ancaq sanksiya qoymaq oldu” – deyə Xameneyi qeyd edib.

Sonda Xameneyi İranın sayıqlığını itirməməli olduğunu, ABŞ-ın gələn il digər anti-İran planlarını irəli sürə biləcəyini vurğulayıb.

COP29