Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xameneyidən qiymət artımına DƏSTƏK

İranın dini lideri Ayətullah Əli Xameneyi ölkədə keçirilən aksiyalara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Xamenei ölkədəki etirazların təşkilində düşmənləri ittiham edərək, baş verənləri sabotaj adlandırıb.

“Şübhəsiz, bəzi insanlar bu qərardan narahatdırlar. Sabotaj və yanğınları bizim insanlar yox, xuliqanlar həyata keçirir. Əks-inqilab və İranın düşmənləri həmişə sabotajları, təhlükəsizliyin pozulmasını dəstəkləyiblər və bundan sonra da dəstəkləməyə davam edəcəklər. İranın 3 əsas strukturunun (hökumət, məhkəmə və parlament) rəhbərlərinin benzinin bahalaşması ilə əlaqədar verdikləri qərar icra edilməlidir”.

Ə.Xamneyi deyib ki, İranın rəsmiləri bu bahalaşmanın başqa məhsulların bahalaşmasına səbəb olmasının qarşısını almalıdırlar.

Qeyd edək ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.

www.yenicag.az

712
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100