İranın ali dini rəhbəri Ayətullah Xameneyinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsi tərəfindən mühakimə olunaraq 15 il müddətinə həbs cəzasına məhkum edilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağasi bildirib.
Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.
Qeyd edək ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də həbs edilib.