!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xamneyinin varisi kim olacaq?

!Reklam – Yazi

141022094119_iran_khameneiTaleh Əliyev: “Bütün hallarda İrandakı indiki reallıq Xamneyi vəfat edərsə, xeyli dərəcədə dəyişəcək”

İranın dini lideri Xamneyi artıq ahıl yaşlarındadır. Bu ölkə dini qaydalarla idarə olunduundan, burada dini liderin nüfuzu da böyükdür. Ölkədə prezident üsul-idarəsi olsa da, əsas füqur yenə də Xamneyidir. Qapalı sistemlərdə bildiyimiz kimi, liderin ölümü müəyyən qarmaqarışıqlara gətirib çıxara bilər. Bu mənada görəsən, Xamneyinin ölümü İranda hansı siyasi fəyişikliklərə gətirib çıxara bilər? Onun yerini kim tuta bilər?

Politoloq Taleh Əliyev Yenicag.az-a düşünür ki, Xamneyinin ölümü ilə indiki reallıq xeyli dərəcədə dəyişəcək: “İran qapalı sistem olduğundan Xamneyi dünyasını dəyişərsə onun yerinə gələcək adam o qədər də real görünmür.  Düzdür bu  baxımdan Haşimi Rəfsancaninin mövqeyi daha güclü ola bilər. Xamneyi komandası ilə Rəfsancaninin münasibətləri  o qədər də yaxşı olmadığından hər halda onlar çalışacaq ki, özlərinin varisini təyin etsinlər. Amma bütün hallarda İrandakı indiki reallıq Xamneyi vəfat edərsə, xeyli dərəcədə dəyişəcək. Çünki, istər-istəməz hətta Xamneyinin varisi belə onun yerində oturmuş olsa belə, ölkədə yeni rəhbərliyin yeni dizaynı olacaq. Varisi seçildikdə belə ölkədə müəyyən dəyişikliklər ola bilər.  Rəfsancani seçildikdə isə ölkədə son dərəcədə ciddi dəyişikliklər baş verə bilər. Bu ikisinin xaricində daha çox islahatçılar kimi təqdim olunan qrupun isə öz namizədlərini seçmək şansları demək olar ki, yoxdur. Çünki, onların aparıcı simaları bu gün ev dustaqlığı şəraitində yaşayır”.

Elçin

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv