Gəncə şəhərində 43 yaşlı kişi özünü bıçaqlayıb.
Yenicag.az xəbər verir ki, hadisə “Xan bağı” bağında olub.
Belə ki, 1975-ci il təvəllüdlü, Adil Sabir oğlu Məmmədov qarın nahiyəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
A.Məmmədovun özü özünü bıçaqladığını deyib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və necə baş verdiyini dəqiqləşdirirlər.
Faktla bağlı araşdırma aparılır./Report/