Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xanım çempionumuz faciəvi şəkildə öldü - FOTOLAR

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

BakuPost.az xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, o, bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

486