Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xanım deputat istefa verdi

82521Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) ən tanınmış və nüfuzlu millət vəkillərindən olan Əminə Ülkər Tarhan partiyadan istefa verib.
Ankara millət vəkili Ə. Ü. Tarhan istefa bəyanatında CHP rəhbərliyini sərt tənqid edib.

Ə. Ü. Tarhan 2015-ci il parlament seçkiləri öncəsi CHP rəhbərliyinin əvvəlki səhvlərindən nəticə çıxarmadığını, partiyadaxili demokratiyanı inkişaf etdirmədiyini, son qurultayı kreslo mübarizəsinə çevirdiyini, ölkədə avtoritarizm qurulması prosesini sakitcə izlədiyini, ölkənin daxili və xarici təhlükələrlə üz-üzə qaldığı bir dövrdə xalqın gözləntilərinə cavab verən siyasət yeritmədiyini bəyan edib: “Bu siyasəti dəyişdirə bilməyəcəyimi nəzərə alaraq, iqtidara gəlmək hədəfi və ümidi olmayan bir partiyanın tərkib hissəsi olmamaq üçün CHP-dən istefa verirəm”. (apa.az)

www.yenicag.az

256