Şair-bəstəkar Xanım İsmayılqızının səhhətində problem yaranıb.
Yenicag.az xəbər verir ki, o, bu haqda “İncə səhər” verilişində açıqlamasında deyib. Bəstəkar bildirib ki, ötən il baş tutan “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsindən sonra vəziyyəti pisləşib:
“Yanvardan iyuna kimi konsertə hazırlıq vaxtı. Oldu. Ağır və gərgin həyatım oldu. Ondan sonra səhhətimdə problemlər yarandı. 6 aydır səhhətimlə mübarizə aparıram. İndi tam da olmasa, bir az özümə gəlmişəm. Onurğa problemim var idi. Bu günümə şükür edirəm, oturub, müsahibə verirəm. Bayaqdan bu da mümkün deyildi, yataqda idim”. /axşam.az/