!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanım jurnalist Mehriban Əliyevaya müraciət etdi: Müəllimlər tərəfindən təhqir olunuram

!Reklam – Yazi

“Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı, peşəkar jurnalist Həbibə Abdulla Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, təhsil naziri Ceyhun Bayramova, baş prokuror Zakir Qaralova və Mətbuat Şurasının sədri Əfalatun Amaşova açıq məktubla müraciət edib.

Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev tərəfindən təhqir edilib: “Ötən ilin fevral ayında GDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşları adından AFN-ə ünvanlanan şikayət məktubunu ictimailəşdirmişik. Məktub əsasında yazı hazırlayarkən Əliqulu Quliyevin də mövqeyini almışam, nə deyib onu da yazmışam. Mən ona müraciət edərkən çox normal qaydada sualımı dinləyib və şikayət məktubunun kimlər tərəfindən göndərildiyini bildiyini deyib. Yazı dərc edildikdən 1 il 2 ay sonra 13 may 2019-cu il tarixində özünü “Azərbaycan gəncliyi” qəzetinin nümayəndəsi kimi təqdim edən Azər Məmmədov adlı şəxs mənə zəng edərək Ə.Quliyev haqda olan yazını saytdan çıxarmağımı məsləhət gördüyünü dedi. Bildirdi ki, o da həmin yazını ictimailəşdirib və qarşı tərəf məhkəməyə müraciət etdiyi üçün yazını yığışdırıb. Məni də məhkəməyə veriləcəyim, prokurorluğa aparılacağımla hədələyən “həmkarım”a rədd cavabı verdim və bildirdim ki, biz işimizə peşəkar yanaşdığımız üçün arxayınıq, qarşı tərəf öz hüququndan istifadə edərək hansı instansiyaya istəsə müraciət edə bilər. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra Ə.Quliyev özü telefon nömrəmə zəng edərək məni ağır sözlərlə təhqir etdi. Ona müəllim adı daşıdığını bildirib, bu cür ifadələrin yaraşmadığını dedim və dinləməkdən imtina etdim.

Xanım jurnalist Mehriban Əliyevaya müraciət etdi:

Hörmətli Mehriban xanım! 20 ildir media sahəsində fəaliyyət göstərirəm, zaman-zaman ölkənin ən nüfuzlu media qurumlarında çalışmışam. İndiyədək ən yüksəl ranqlı məmurlardan tutmuş sıravi vətəndaşa, fəhləyə qədər insan müsahibim olub, müxtəlif tipli şikayətləri, məsələləri araşdırmışam, yazılar hazırlamışam və hər zaman da peşə etikasına riayət etməyə çalışmışam. Son günlərədək heç bir müsahibimdən hər hansı təhqir eşitməmişəm. Lakin təəssüflər olsun ki, son bir neçə gündə məhz müəllim adı daşıyan şəxslər tərəfindən təhqir olundum. Biri haqda yuxarıda artıq qeyd etmişəm, digəri isə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevdir. Hansı ki, onun da haqqında redaksiyamıza daxil olan məlumat tərəfimdən peşəkar səviyyədə işlənib, özünün rəyi alınaraq ictimailəşdirilib. Buna baxmayaraq, direktor bütün etik normaları, müəllim adına olan hörməti, vəzifə məsuliyyətini ayaqlayaraq sosial şəbəkələrdə mənim və çalışdığım saytın baş redaktoru olan həyat yoldaşımın ünvanına təhqiramiz status paylaşıb, bizi reketlikdə ittiham edib. T.Mirzəliyev dövlət tərəfindən ona verilən vəzifə ilə şəxsi həyat anlayışını səhv salaraq bizim onun rəhbərlik etdiyi məktəbdə baş verdiyi bildirilən insidentlə bağlı yazdığımız xəbərə reaksiya verərkən şəxsimizi təhqir edib.
Müəllim adı daşıyan, dövlətin və cəmiyyətin gələcəyi üçün olduqca vacib bir sahədə çalışan şəxslərin ünvanıma səsləndirdiyi təhqirlər məndə nə qədər dərin təəssüf hissi doğurursa bir o qədər belə insanların qanun qarşısında cavab verməsi üçün çaba göstərmək əzmi yaradır. Sizdən xahiş edirəm, hər iki şəxsin müvafiq qaydada tənbeh edilməsi üçün əlinizdən gələni əsirgəməyəsiz. Əks halda, jurnalist fəaliyyətimizin təhdid altında olduğu, cəzasızlıq mühitinin hətta həyatımızı belə təhlükədə qoyduğu qənaətinə gələcəyik”.

Həbibə ABDULLA, AFN.az xəbər portalının əməkdaşı

https://afn.az/xeber/68000-gdu-nun-rektoru-cinayetkari-komissiya-sedri-teyin-edib-.html

https://afn.az/bildiris/79700-175-sayli-orta-mektebde-daha-bir-elina-faciesi-c-biler.html

www.yenicag.az

9955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv