!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xanım Qafarovanın anası: “Hər gecə qızımı yuxuda görürəm”

!Reklam – Yazi

“Hər gecə qızımı yuxuda görürəm, hər dəfə də deyir ki, konsertə gedirəm, tamaşam var, çəkilişə gecikirəm…. Elə bil heç dünyadan köçməyib. Həmişə şən halında yuxuma girir, bir dəfə də olsun onu xəstə yatağında görmürəm”.

Bu sözləri Yenicag.az-a mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın xatirə günündə anası Gövhər xanım söyləyib.

Gövhər xanım mərhum qızının dərdini ürəyində daşıdığını deyib:

“Ana üçün övlad itkisindən ağır nə ola bilər ki? Xanımın lent yazılarına baxıram, ürəyim parça-parça olur. Onun yadigarı olan nəvəmə-balaca Gövhərə baxıb təsəlli alıram. Bu gün də qəbrini ziyarət etdik. Hərdən sosial şəbəkələrdə qızımla bağlı yazılanlar məni çox incidir. Bir dəfə yazmışdılar ki, Xanımın məzarını ot basıb, baxan yoxdur. Nəvəmə çox pis təsir etdi bu sözlər. Ayıb deyilmi? Belə şeylər yazmasınlar. Həmişə qızımın məzarı üstə gedirik, ətrafını təmizləyirik. Qızımın ətrini onun balasından alıram”.

Cəvahir

www.yenicag.az

14549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv