Bazar günü filmə çəkilmək üçün Türkiyəyə yola düşən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhəri hava limanında “Palmali Group”un vitse-prezidenti Vüqar Hüseyn qarşılayıb.
Yenicag.az xəbər verir ki, 11 yaşlı Gövhər Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülün rejissoru olduğu “Mücize 2” filmində çəkilmək üçün İzmir şəhərinə aparılıb.
Yaradıcı heyət çəkilişlərə başlayan Gövhərin şərəfinə “Aman ayrılıq” mahnısını ifa edib.
Qeyd edək ki, Gövhər “Mucize 2” filminə Türkiyədə yaşayan Azərbaycanlı iş adamı, “Palmali Group”un rəhbəri Mübariz Mənsimovun dəstəyi ilə çəkilir.
Çəkilişdən fotolar və videonu təqdim edirik:
Cəvahir