Xanımı Consonla şərab içən dayəni evindən qovdu

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun evində “dayə böhranı” yaranıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Conson uşaqlarının dayəsi ilə birlikdə şərab içib. Bundan xəbərdar olan eks-baş nazirin xanımı Kerri Conson dayəni evdən qovub.

İşə başladıqdan 3 gün sonra qəfil işdən çıxarıldığını qeyd edən Tereza Daus “The Mirror” qəzetinə Kerri Consonun ona əşyalarını yığmaq üçün cəmi 15 dəqiqə vaxt verdiyini bildirib. 59 yaşlı dayə, həmçinin cütlüyün ona minlərlə funt borcu olduğunu iddia edib:

“Boris daha sonra həyat yoldaşının hormonal vəziyyətini əsas gətirərək məndən üzr istədi. Üç aylıq müqaviləyə razılaşdıq. İndi kompensasiya üçün məhkəməyə müraciət edəcəyəm”.

Dayə keçmiş baş nazir haqqında bunları deyib: “O, məni maraqlandırmır, mənim tipim deyil. Bilmirəm, arvadı məni təhdid kimi görür, ya yox”.

Conson cütlüyü xəbəri rədd edib. “Bu adamın pul üçün belə yalanlar danışması çox üzücüdür”, – cütlüyün mətbuat katibi bildirib.

Boris Conson 2021-ci ildə 35 yaşlı nişanlısı ilə gizli şəkildə evlənib. Cütlüyün 3 övladı var.