“Adam onda yaradıcılıqla məşğul olur ki, hər mənada sevilir. Bu yaşda cavan qız sənə baxıb “ay Allah!” deyirsə, sən də fikirləşirsən ki, nə olsun, 60 yaşım var? Yaşamaq istəyirsən. Vay o adamın halına ki, sevir, sevilə bilmir. Bax, bədbəxtlik ondadır. Sevilə bilmir də bədbəxt. Neyçün sevilə bilmir, bilmirəm” – xalq artisti, sevilən aktyor Yaşar Nurinin müsahibələrinin birində səsləndirdiyi bu ifadələri təsadüfən xatırlamadım. Bu gün unudulmaz sənətkarın doğum günüdür. Sağ olsaydı, özünəməxsus yumor hissi ilə dostlarını başına yığıb, 67 yaşını qeyd edəcəkdi…
Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nuri ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb.
Həmin görüntüləri izaləyin:
Cəvahir