!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanımların əvəzolunmaz FOTOŞOP SEVGİSİ: “Botoks edirlər, göz çəpləşir, sonra da...” - AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə insanlar əsasən də, qadınlar şəkil paylaşarkən “Snapchat”, “FaceApp” kimi proqramlardan istifadə edirlər. Həmçinin fotoşopla bədənin və ya üzün müxtəlif hissələrində düzəlişlər edirlər.

Bunun səbəbi nədir? Özgüvənsizlik, yoxsa arxasında başqa səbəblər var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Gülnar Orucova bildirib ki, insanlar kompleks hiss etdikdə bu addımı atır:

“Bu proqramlardan istifadə etmək müəyyən zaman üçün pis deyil. Amma daha sonra həmin filterdəki simaya öyrəşirlər. Sonra da öz real görünüşlərini bəyənmirlər. Həmin o fotoşopdakı üzü əldə etmək üçün estetik əməliyyatlar etdirməyə başlayıblar. Amma görürük ki, botoks edirlər, göz çəpləşir, qaş yuxarı qalxır və ortaya əcaib bir görüntü çıxır. Bəzən gözəl olmaq istəyi insanı məyus edir.

Xarici ölkələrə baxanda görürük ki, qadınlar olduğu kimi gəzirlər. Lakin bizdə belə deyil. Bir insanın hansısa bir qüsuru varsa, onu əməliyyat etdirməsi problem deyil. Ancaq bunu da ifrat dərəcədə etmək olmaz. Çünki daha sonra kompleks və özgüvənsizlik yaranır. Ən pisi də odur ki, oğlanlar deyir ki, görəsən, qız şəkildəki kimi olacaq?”.

Şahanə Paşa

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv