Xankəndi stadionundan ən son görüntülər – VİDEO

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Tribunalarda yeni oturacaqların bir hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” – MOİK matçının məhz bu stadionda keçiriləcəyi gözlənilir. Qarşılaşma dekabrın 21-də olacaq.

Yenicag.az “Baku TV”yə istinadən stadionun görüntülərini təqdim edir: