Xankəndi və Xocalıda məktəblər istifadəyə veriləcək

Xocalı şəhər tam orta məktəb üçün 132 şagird yerlik binada cari təmir işləri 100% tamamlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iyul ayı ərzində nəzərdə tutulan işlər yekunlaşıb:

“Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub. Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi üçün 624 şagird yerlik binada cari təmir işləri aparılır. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 45%-i) görülmüşdür. İşlərin 70%-i yerinə yetirilib. Daxildə kafel-metlax, bəzək işləri, taxta döşəmənin cilalanması, elektrik və santexnik işləri görülür. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Əlavə olaraq, Xankəndi şəhərində ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılaraq cari ildə istifadəyə verilməsi nəzərdə tutulub”.

COP29