Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xankəndi, Xocalı və Xocavənd məsələsi rəsmən bitdi - İki mühüm detal

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanda iki detalın tarixi əhəmiyyəti var:

– Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;

– Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi;

Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:

– Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;

– Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;

Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.

Burada həm də müharibədən sonra “Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq” suallarının rəsmi cavabı yer alır.

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir.

Asif Nərimanlı

www.yenicag.az

688
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100