Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xanlar Vəliyevdən həbs olunan ermənilərlə bağlı AÇIQLAMA

Reklam: High Technic
“Xüsusi vurğulanmalıdır ki, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq işğalçı erməni hərbi birləşmələrinin Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin sıx yaşa­dığı əraziləri müxtəlif silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi cinayət əməlləri, o cümlədən, silahlı qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanla­rında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılıb və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib”.

Yenicag.az xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

“Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini poz­ma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qa­baqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan oluna­raq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər”, – X.Vəliyev deyib.

www.yenicag.az

112
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100