!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarabazara çevrilən Suriya və yatan ABŞ diplomatı – Foto

!Reklam – Yazi

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan Suriya üzrə növbəti danışıqlara qatılan ABŞ təmsilçisi özünü biabır edib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada vəziyyətin normallaşdırılması üçün müntəzəm olaraq bir araya gələn Rusiya, Türkiyə, İran, Suriya və Azad Suriya Ordusu təmsilçilərinin 5-ci görüşünə ABŞ nümayəndəsi də qatılıb.

Aparılan müzakirələri izləyən ABŞ Dövlət Departamentinin nümayəndəsi Stüart Cons görüşün keçirildiyi yerdəki divanda yuxuya gedib.

Consun bu hərəkəti ironik reaksiyalara səbəb olub. Onun müzakirələr zamanı yuxuya getməsi isə ABŞ-ın Suriya böhranının həllinə ciddi yanaşmaması kimi qiymətləndirilib.

Yenicag.Az

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv