!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xarı bülbül” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib

!Reklam – Yazi

“AZİRU Music Prodaktion” Beynəlxalq Mətbuat Mərkəzində özünün yeni “Xarı bülbül” layihəsini təqdim edib. Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi “AZİRU Music”in rəhbəri Rübail Əzimovdur.

Tədbirdə onun müəllifi olduğu və Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovla birgə ifa etdiyi “Xarı bülbül” mahnısına çəkilmiş klip təqdim olunub. Klipdə xəyali obrazlar kimi, Üzeyir Hacıbəylinin və Xurşud Banu Natavanın düşmənə əsir düşməsi təsfir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun “Qarabağdır Azərbaycan” filmindən fraqmentlərdən də istifadə olunub. Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb.

Layihənin rəhbəri R.Əzimov bildirib ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışıblar: “ Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da, aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda, çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın”.

Tədbiri təşkilatçıları qeyd ediblər ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir tohfə verəcəklərinə ümid edirlər.
Təqdimat mərasimində tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Yenicag.az

www.yenicag.az

1124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv