Xaricdə məhkum olunmuş Özbəkistan vətəndaşları cəzalarının qalan hissəsini ölkələrində çəkə biləcəklər.
Yenicag.az Kun.uz-a istinadən xəbər verir ki, bu yenilik “Özbəkistan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə əqli çatışmazlıq səbəbindən cinayət törədən şəxslərin məcburi müalicəsinin də öz ölkələrində davam etdirilməsi nəzərdə tutulur.