!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lər xarici mətbuatla işlərini necə qurmalıdırlar və ya necə qurulub? – Araşdırma

!Reklam – Yazi

15782588_783586978456477_814894423_nNeft ucuzlaşmazdan əvvəl “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması” adı altında yerli qeyri-hökumət təşkilatları xeyli tədbirlər, konfranslar keçiriblər. Bu konfranslar barədə xəbərlər Azərbaycan mediasında kifayət qədər işıqlandırılır.

Təssüf ki, xarici KİV-lərdə həmin xəbərlər çox az dərc olunur.

Bir vaxtlar Azərbaycanda “Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu” (ASAİF) adlı qurum var idi. Bu təşkilat müxtəlif vaxtlarda Azərbaycanla yanaşı, bir sıra Avropa ölkələrində (2012-ci il oktyabrın 26-da Vyanada, 2013-ci il martın 28-də isə Romada) Dağlıq Qarabağ həqiqətləri ilə bağlı konfranslar təşkil edirdi. Qeyri-rəsmi məlumatlara görə, təşkilatın Vyanada keçirilən tədbirinə 500 min manata yaxın vəsait xərclənib. Bu tədbirlər Azərbaycan mətbuatında geniş işıqlandırılsa da, Avropa mətbuatı “susdu”. Bir faktı da qeyd edək ki, bu konfranslarda iştirakçıların böyük hissəsi Azərbaycandan gedən nümayəndə heyəti olub. Yüksək məbləğə başa gələn bu konfransların xarici mediada işıqlandırılmamasının əsas səbəbi nə idi? Bu cür tədbirlər Azərbaycanda görüntü yaratmaq üçündür, yoxsa tamam başqa bir məqsəd daşıyır?

2016-cı ildə yerli QHT-lər tərəfindən bir sıra tədbirlər keçirilib. Görəsən onların keçirtdikləri tədbirlər də ASAİF kimi Azərbaycan cəmiyyətinə hesablanıb, yoxsa xarici mediada da işiqlandırılıb?

ASAİF ile ilgili görsel sonucu

Öncə qeyd edək ki, Yeniçağ.az-ın sorğusuna cavab olaraq, milli donor təşkilatı olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı il ərzində xaricdə tədbir keçirən yerli QHT-lərin siyahısını təqdim edib. Həmin siyahıya əsasən, qurumun 1-ci qrant müsabiqəsində qalib olan 10 təşkilat xaricdə müxtəlif səpkili tədbirlər keçiriblər. Şuranın qalibi olan “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinə (13 min manat), Qarabağ Azadlıq Təşkilatına (14 min manat), “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinə (12 min manat), Humanitar Tədqiqatlar İctimai Birliyinə (14 min manat), “Azad Həmfikirlər“ Gənclərin Maarifləndirilməsi İctimai Birliyinə (9 min manat), “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinə (13 min manat), Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinə (12 min manat), Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinə ( 11 min manat), “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinə (12 min manat), Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinə (10 min manat) ümumilikdə 120 min manat maliyyə yardımı ayrılıb.
2-ci qrant müsabiqəsində isə 4 təşkilat- “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İB, “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İB, ” Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İB və “Erməni Təcavüzünün Tanıdılması” İB maliyyə yardımı alıblar. Bu təşkilatlara Şura tərəfindən hər birinə 12 min manat olmaqla, ümumilikdə, 48 min manat pul ayrılıb.

Məsələ ilə bağlı adı keçən bir sıra təşkilat rəhbərləri ilə əlaqə saxladıq.

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti”nin sədri İlqar Orucov Yeniçağ.az-a bildirib ki, 2016-cı ildə Şuranın 1-ci qrant müsabiqəsində təşkilat qalib olub. İlqar Orucov ile ilgili görsel sonucuOnun sözlərinə görə, “Belçika, Almaniya və Lüksemburqda “Azərbaycanın multikultural dəyərlərinin təbliği və ermənilər tərəfindən dağıdılmış Qarabağ abidələri barədə Avropa gənc alimlər təşkilatları arasında təbliğat işinin təşkili” adlı layihə qeyd edilən ölkələrdə keçirilib:

“Ancaq bu layihə sırf elmi ictimaiyyəti əhatə edib. Ona görə də xarici mediada bununla bağlı informasiya getməyib. Amma bu layihədən sonra Şuranın maliyyəsi ilə Bakıda keçirilən digər layihəmizlə bağlı Türkiyə, İspaniya, Ukrayna mətbuatında materiallar dərc olunub”.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova bildirib ki, Şuranın maliyyə vəsaiti ilə “İrəvan məscidlərinin faciəsi” sənədli filminin hazırlanması və Macarıstanda təqdimatı” adlı layihə həyata keçirilib. Onun sözlərinə görə, layihə ilə bağlı Rusiya, Ukrayna və Macarıstanda tədbirlər keçirilib:

“Amma məsələ burasındadır ki, həmin ölkələrin mətbuatında ermənilərlə bağlı hər hansı layihənin işıqlandırılması çox çətindir. Çünki ermənilər buna imkan vermir”.

Nazim Əhmədli ile ilgili görsel sonucuSkandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli bildirib ki, Şuranın qrantı ilə Norveç və Danimarkada “Skandinaviya ölkələrində Qarabağ təbliğatı” adlı layihə çərçivəsində yerli informasiya agentliyində informasiya (http://nordicnewsagency.net/?p=5549) yer alıb.

Şuranın 2-ci qrant müsabiqəsinin qalibi olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyindən bildirilib ki, təşkilat “Brusseldə Xocalı həftəsi:”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Avropa İttifaqının rolu” Beynəlxalq Konfrans və Avropa Parlamenti önündə Xocalı soyqırımı yürüş-mitinqi” adlı layihə icra edəcək. Layihə başlanmasına baxmayaraq, Xocalı faciəsinin 25 illiyi ilə bağlı nəzərdə tutulan yürüş-mitinqi 2017-ci ilin fevralında reallaşacaq.

ATXƏM ile ilgili görsel sonucu

Şuranın 1-ci və 2-ci qrant müsabiqəsində adları çəkilən digər QHT rəhbərləri ya məşğul olduqlarını, ya xəstə olduqlarını, ya da ki, xarici mətbuatda gedən informasiyaların linklərini bir neçə gün sonra göndərə biləcəklərini bildirdilər. Həmişə olduğu kimi bir sıra təşkilat rəhbərləri ilə nə sosial şəbəkə, nə də telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmadı.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İçra Katibliyinin məsləhətçisi Fərid Qəhrəmanov layihənin icra müddətində təşkilatlara nəzarət mexanizmi barədə Yeniçağ.az-a məlumat verərək dedi ki, bu, 3 mərhələdən ibarətdir. Onun sözlərinə görə, ilkin mərhələdə təşkilatların ofisləri varsa, gedib hazırlıq işləri ilə bağlı monitorinq aparırıq:

“Ofisi olmayan təşkilatları isə Şuraya dəvət edib, hazırlıq işləri ilə bağlı eyni addımları atırıq. Çatışmazlıqlar qeyd edilir və onların düzəldilməsi üçün iki gün vaxt verilir. İkinci mərhələdə, təşkil olunan tədbirlərin formatı, təqdim olunacaq materiallar haqqında təşkilatlar 10 iş günündən əvvəl Şuraya məlumat verir. Tədbirdən sonra tələb olunan materiallar Şuraya göndərilir və nəticələr qiymətləndirilir. Şura əməkdaşları bu tədbirlərdə iştirak edir və dərhal sonra monitorinq hesabatı hazırlanır. Üçüncü mərhələdə tədbirlərin mexanizminə uyğun olaraq layihələr qiymətləndirilir və rəhbərliyə təqdim olunur. Qiymətləndirmə bal sistemi ilə təşkil olunub”.

F.Qəhrəmanov deyib ki, xaricdə keçirilən tədbirlərə də yanaşma eyni qaydadır:

“Heç bir fərq yoxdur, öhdəliklər eynidir. Çalışırıq ki, xaricdə keçirilən tədbirlərdə iştirak edək. Eyni zamanda bu tədbirlərin xaricdə işıqlandırılmasında maraqlıyıq. Xarici mediaya çıxışı olan təşkilatlar da var. Şura da maraqlıdır ki, belə təşkilatların sayı çox olsun. Hətta Şura rəhbərliyi Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması üçün xarici jurnalistlərin ölkəmizə səfərinin təşkili ilə bağlı layihələri də maliyyələşdirməkdə maraqlıdır”.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistləri Birliyinin sədri Arif Əliyev deyib ki, belə tədbirlərin iki əsas məqsədi var. Onun sözlərinə görə, bunlardan birincisi, xaricdə Azərbaycanı təbliğ etməkdir:

Arif Əliyev ile ilgili görsel sonucu“İkincisi isə, Azərbaycan daxilində görüntü yaratmaqdır. Yəni, bu sahədə işlər gedir. Birinci məqsəddən Azərbaycan hökuməti daha çox istədiyinin əksini əldə edirdi. Çünki tədbirlər, konfranslar bacarıqsız və Qərb mətbuatının psixologiyasını, xarakterini bilmədən həyata keçirilirdi. Bu da havaya atılan güllələr kimi daha çox boşa gedirdi. Xatırlayırsınızsa, bu kimi hallar daha çox Qərbdə tənqid obyektinə çevrilirdi. Biz bunu keçirtdiyimiz böyük idman yarışları və xaricdəki tədbirlər zamanı müşahidə etdik. Azərbaycanda isə televiziyalar bundan təbliğat vasitəsi kimi yararlanırlar”.

A.Əliyev deyib ki, bir sıra QHT-lərin xaricdə keçirtdiyi tədbirlərin həmin ölkələrin mediasında yer almamasının səbəbi bacarıqsızlıqdan irəli gəlir:

“Onlar elə bilirlər ki, “Vashigton Post”, “Finansial Times”ın jurnalistləri ilə Azərbaycan mediasının nümayəndəsi kimi davranmaq olar. Əvvəla, xarici mətbuat üçün Azərbaycanın keçirtdiyi tədbir o qədər də maraqlı deyil və xəbər mahiyyəti daşımır. Bundan başqa, bizim təşkilatçılar həmin jurnalistlərlə Azərbaycanın media nümayəndələri kimi rəftar edirlər. Bu, Azərbaycanda keçərlidir, amma orada yox. Həmin tədbirlərin təşkilatçıları bacarıqsızdırlar. Bacarsaydılar, xarici mətbuat onların tədbirləri barədə müsbət səpkili yazılarla çıxış edərdilər. Təəssüf ki, bu işi bacaranları da yaxına buraxmırlar. Baxmayaraq ki, bu sahədə çox gözəl mütəxəssislərimiz var. Tədbirlər üçün guya xaricdə PR kampaniyalarına pul verirlər, sonra da o pulu yarı bölürlər”.

Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov sözügedən QHT- lərin heç bir tədbirinə qatılmadığını deyib:

Vüqar Abbasov ile ilgili görsel sonucu“Bəzi qeyri-hökumət təşkilatlarının xarici ölkələrdə tədbirlər keçirtdiyini eşitmişəm. Amma bu barədə izlədiyim heç bir xarici mətbuatda oxumamışam. Məncə, Azərbaycan QHT – ləri xarici ölkələrdə tədbirlər keçirtmək istəyirlərsə, həmin ölkədə fəaliyyət göstərən təşkilatlarla əlaqəli işləsələr daha effektli olar. Əvvəla ona görə ki, ölkəmizdə fəaliyyət göstərən təşkilatlar başqa ölkə haqqında orada yaşayan, fəaliyyət göstərən insan qədər məlumatlı ola bilməz. O cümlədən tədbir iştirakçılarının da Azərbaycandan gəlməsinə ehtiyac qalmaz, başqa sözlə desək, zalı öz millətimizin nümayəndələri ilə doldurmalı olmarıq.

Xarici mətbuatda nəyisə yayımlamaq məsələsinə gəlincə… Çətinliklərlə rastlaşdıqda başqa məqsədlər axtarmağa, kiminsə mane olması kimi gülünc iddialar səsləndirməyə başlayırlar. Təbii ki, xarici mətbuata çıxmaq o qədər də asan deyil, müəyyən mənada maneələr olur. Ancaq biz xarici mətbuata çıxmaq üçün nə edirik, yaxud da etdiklərimiz yetərlidirmi? Hesab edirəm ki, yetərli deyil. Bir çox halda isə belə olur: bunu bacaracaq adamın şəraiti, şəraiti olan adamın da bacarığı olmur. Mətbuatla işləmək lazımdır və bu da xüsusi bacarıq və təbii ki, zaman tələb edir.

Razılaşarsınız ki, Azərbaycandan kənarda sözümüzü demək istəyiriksə, o zaman tədbirimizi də onlar üçün keçirməli, xəbərimizi də onların dilində hazırlamalıyıq”.

Yeniçağ.az Analitik Qrupu

www.yenicag.az

1196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv