!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə təhsil alan gənclərlə görüş keçirildi

!Reklam – Yazi

1440403166_jucqjovs00drnagn0y54cpq2sv71xe4095uvlr34gks-1Diaspor Jurnalistləri Birliyi (DJB) ilə Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) xaricdəki gənclərin Bakıda görüşünü təşkil edib. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında keçirilən dəyirmi masada xaricdə yaşayan və təhsil alan gənclər, QHT və KİV nümayəndələri iştirak edirdilər.

Öncə tədbir iştirakçıları ötən həftə Şimali Kiprdə yol qəzasında dünyasını dəyişən tələbəmiz Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə açaraq xaricdəki gənclərimizin artıq yeni bir gücə çevrildiyini qeyd etdi: “Amma hər halda gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı bir təşkilata zərurət yaranır. Belə gənclər gərək bir çatı altına yığıla. Çünki həmin gənclər Azərbaycanın xaricdəki düşünən beyni, ictimai-siyasi, elmi potensialıdır. Məhz buna görədir ki, onlar Vətən məsuliyyətlərini dərk edir və baş verən proseslərdən kənarda qalmaq istəmirlər”.

Binəqədi RİH-in İctimai -siyasi humanitar şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva isə Rayon İcra Hakimiyyəti başçısının salamını tədbir iştirakçılarına çatdırdı. O, Binəqədi gənclərinə göstərilən dəstəkdən danışaraq qeyd etdi ki, rayondan xaricdə təhsil alan tələbələrlə, onların ailələri ilə mütəmadi görüşlər keçirilir, köməklik göstərilir.
Xaricdə təhsil alan gənclərlə görüş keçirildi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu dedi ki, xaricdəki gənclər şəbəkə şəklində fəaliyyət göstərməlidirlər: “Bir yerdə işləməliyik. Fəaliyyətimiz sistemli olsa güclü lobbi yarada bilərik. Xaricdəki gənclərimizə daha düzgün və planlı şəkildə istiqamət verilsə, onlar yüksək səviyyədə Azərbaycanın xeyrinə işlər görərlər”.
Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev xaricdəki gənclərin lobbiçilik işinə cəlb olunmasının vacibliyini bildirdi: “Bizim məqsədimiz beynəlxalq əlaqələrdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməkdir. Bu işdə xaricdəki savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanacağıq”. Kolumbiya Universitetinin magistri Mehriban Nəsib xaricdəki gənclərin yaşadıqları ölkələrin orta məktəblərilə işləmələrinin vacibliyini vurğuladı. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın iştirakçısı, “Connect” şirkətinin Mətbuat katibi Əlimərdan Sultanovsa bildirdi ki, xaricdəki tələbələr diaspor və səfirliklər, eləcə də media ilə sıx işləməlidir: “Gənclərimiz öz gücündən lazımı səviyyədə istifadə etməlidirlər. Tələbələrimiz yaşadıqları ölkələrin dilini öyrənməlidir. Daha sonra yerli dildə saytlar açmalıdırlar”.

Xaricdə yaşayan və təhsil alan gənclər vahid mərkəzin yaradılmasını istəyirlər

Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvü, ictimai fəal Vüqar Nuriyev bildirdi ki, xaricdəki gənclərimizin səylərini birləşdirilərək mərkəzləşmiş qaydada koordinasiya olunsa, daha məhsuldar nəticələr verər: “Gənclər dövlətçiliyimizin ətrafında sıx birləşir və bu amalda daim istənilən peşədən asılı olmayaraq hazırdırlar. Son dövrdə ölkəmizə qarşı düşünülmüş qərəzli kampanıyalar aprılır. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə bütün səy və bacarıqları, şəxsi təşəbbüslərii birləşdirməliyik”.
Çex-Azərbaycan İctimai Birliyinin sədri, Çexiyanın Karl Universitetində 2-ci master dərəcəsi üzrə təhsil alan Əbdül Əliyevin fikrincə, xaricdəki gənclərimiz birgə koordinasiya olunmalıdır: “Diaspora (hüquqi, viza, sənəd, yerləşmə) dəstək edilməldir. Əhəmiyyətli tədbirlərin onlayn yayımı olmalıdır. Xarici ölkələrdə (əsasən turistlərin çox olduğu yerlərdə) Azərbaycanı tanıtmaq üçün maşın turnesi keçirmək olar. Xaricdəki tələbələr diaspor təşkilatları ilə sıx əməkdaşlıq etməlidir”.
Xaricdə təhsil alan gənclərlə görüş keçirildi

Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri Ülkər Musazadə isə dedi ki, xarici ölkələrlə yaradılan Media Forumları xaricdə oxuyan və ya çalışan həmvətənlərimizi bir ideya ətrafında toplaya bilər: “Bizim təşkilatın bir neçə ölkədə yaratdığı Media Forumlar bu istiqamətdə öz töhfəsini verir. Misal üçün Çexiyada həmvətənlərimizin rastlaşdığı bir sıra məsələləri biz Çexiya-Azərbaycan Media Forumu yaradaraq, həmin tələbələrin koordinasiya olunmasını, bilgiləndirilməsini təmin edə bilərik. Eyni zamanda bu forum Çexiya mətbuatına Azərbaycan mətbuatının çıxışını da tənzimləmiş olar. İnanıram ki, bu forumun yaranmasını və soydaşlarımıza gərəkən xidmətin koordinasiya olunmuş şəkildə göstərilməsini Çexiyadakı səfirliyimiz də dəstəkləyər”.
Türkiyənin Erciyes Universitetinin magistri və Zəngin Azərbaycan Uğurunda Mübarizə İctimai Birliyinin koordinatoru Ləman Süleymanqızı dedi ki, mədəniyyətimizi tanıtmaq üçün xaricdə tez-tez Azərbaycan günləri təşkil etmək lazımdır.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) İdarə heyətinin üzvü Orxan Rəhimzadə də xaricdə təhsil alan tələbələrimizin gücünün vahid mərkəzdən idarə olunaraq Azərbaycanın maraqlarına uyğun istifadə olunması mühüm əhəmiyyət kəsb etdiyini düşünür: “Biz gənclər iştirak etdiyimiz müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əlimizdən gələnin ən yaxşısını eləməyə səy göstərməliyik. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək”.
DJB-nin İdarə heyətinin üzvü Siyavuş Əmirli isə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ictimai fəaliyyətlə məsğul olmalarını müsbət qiymətləndirdi: “Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar. Lakin bütün bu fəaliyyətlər bir çox hallarda dağınıq olduğu üçün onları Azərbaycandan koordinasiya edən hər hansı təşkilata ehtiyac duyulur”.
Azərbaycan Dövlət radiosunun “Ünvanımız Azərbaycan” verilişinin aparıcısı Mətanət Əzimzadə ölkəmizin xaricdə təbliğ olunmasında gənclərimizin həmrəyliyinin əsas olmasını vurğuladı: “Diaspor fəaliyyəti içdən gəlməlidir. Bu amalla yaşayan xaricdəki gənclərimiz birləşib güclü lobbi yarada bilərlər”. Türkiyənin Balıkesir Universitetinin tələbəsi Mirkamil Kazımova görə xaricdəki tələbələrin neqativ yollara getməməsi üçün daimi nəzarətdə saxlanılmalıdır.
Azərbaycan Dövlət televiziyasının Mədəniyyət kanalının redaktoru Günel Rüstəmova diasporla bağlı yeni televiziya verilişlərinin yaradılmasını təklif etdi.
Doğu Akdeniz Universitetinin tələbəsi, DJB-nin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli isə bildirdi ki, xaricdəki gənclərin ictimai fəaliyyətinin Azərbaycandan istiqamətləndirilməsi vacibdir: “Təşkilatlanmaq mühümdür ki, ətrafına özün kimi fəal dostları toplayasan. Azərbaycanın təyin etdiyi vahid ad altında hər kəsin birləşərək fəaliyyət göstərməsi daha məqsədə uyğun olar”.
Doğu Akdeniz Universitetinin digər tələbəsi və EESTEC LC Famagusta (Elektrik Mühəndisliyi Avropa Tələbələr Assosiasiyası, Qazimağusa yerli komitəsi) sədri Toğrul Abbasov xaricdə həyata keçirilən tədbirlər və icra olunan layihələrə daha çox əcnəbi cəlb etmək, Azərbaycan həqiqətlərini daha geniş və multikultural auditoriya kütləsinə tanıtmaq məqsədilə yerli və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq və iş birliyinin aparılmasının önəmindən bəhs etdi, növbəti diaspor və lobbiçilik layihələrində bu məsələyə xüsusi fokuslanmağın vacibliyini vurğuladı.
Xaricdə təhsil alan gənclərlə görüş keçirildi

Xaricdəki gənclərə təbliğati layihələr üçün maliyyə tapmağın yolu

Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandara görə xaricdəki gənclərimiz Azərbaycanın tarixi, mədəniyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə və KİV-lərinə məlumat verməlidirlər. “Bu gənclərimiz birlik və bərabərliklərini qorumalıdırlar” deyən Ə.Cahandar Azərbaycan həqiqətlərinin Türkiyə mediasına çatdırılması üçün bir neçə layihə keçirməyi qərara aldığını bildirdi və yeni yaradılan AİYA-nın fəaliyyətinə uğurlar arzu etdi.

Onun bacısı, Beykent Universitetinin magistri Aysu Cahandar isə xaricdəki tələbələrimizə dilimzi tanıtmağı tövsiyə etdi: “Bununla yanaşı gənclərimiz diaspor fəaliyyətini təkcə Avropa ölkələrində deyil, eləcə də Orta Asiya, türk dövlətlərində də aparmalıdırlar. Birliyimizin daimi güclü olması vacibdir”. Varşava Sosiologiya Akademiyasının bakalavrı və “diaspora.az” saytının rəhbəri Nail Əhməd təklif verdi ki, xaricdəki tələbələr Prezident yanında Gənclər Fonduna və QHT-lərə Dövlət Dəstəyi Şurasına layihə yazıb qrant ala bilərlər: “Əyani təbliğat vasitələri üçün Diasporla İş üzrə Dövlət Komitəsinə, eləcə də səfirliklərə rəsmi müraciət edə bilərlər. Ən azı praktika göstərir ki, tələbələrimiz yaşadıqları ölkələrdə işləyən biznesmenlərə də müraciət edib layihələrini həyata keçirə bilərlər”.
Sankt-Peterburqdakı Azərbaycan Gənclər İttifaqının sədr müavini Zülfüqar İsmayılov isə təbliğati layihələr üçün maliyyə tapmağın bir yolunun reklam olduğunu dedi: “Yəni öz layihəni həyata keçirərkən əvvəlcədən danışılmış hər hansı təşkilatı reklam edirsən. Bunun müqabilində də həmin təşkilat layihəyə maliyyə ayırır”.
Dəyirmi masada Azərbaycan diasporunun digər fəallarından da bir sıra ideya və təkliflər səsləndirildi. Eyni zamanda gənclər növbəti aylarda keçirəcəkləri layihələrin də müzakirəsini apardılar.

Qeyd edək ki, dəyirmi masada səsləndirilən ideya və təkliflər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarına göndəriləcək.

1440403166_jucqjovs00drnagn0y54cpq2sv71xe4095uvlr34gks-1 1440403172_ju42r6phbabn1h8-gljqhp-rb1ej0tsvsrmm3ptmrns 1440403187_m6hmdapkz425vfgcpwvv5yfocnyzuv7yi2fpqla_1m 1440403195_cvr1e3mxql5jrnhzdk2-65sco-ta7aeimbk-ebj1a

www.yenicag.az

1438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv