Xaricdə təhsil almaq istəyənlər üçün böyük şans – Akare Xaricdə Təhsil Sərgiləri Bakıda

Yaxın günlərdə Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək.

Yenicag.az xəbər verir ki, 2001-ci ildən etibarən İngiltərə, Türkiyə, Polşa, Ukrayna, Misir, Qazaxıstan, Mərakəş kimi dünyanın bir çox fərqli ölkələrində keçirilən Akare Xaricdə Təhsil Sərgiləri 14-15 aprel tarixlərində Bakıda Hilton oteldə təşkil olunacaq.

Sərgidə xüsusilə Türkiyədən olmaqla, Amerika, Kanada, İngiltərə, Almaniya, Fransa, Polşa, Kipr, Latviya, İrlandiya, Rusiya və digər ölkələrdən 50-yə yaxın özəl və dövlət universitetləri, kolleclər və dil məktəbləri xaricdə təhsil almaq xəyalında olan Azərbaycanlı şagirdlərin arzularını reallaşdırmaq üçün onların yolunu gözləyəcək.

Burada şagirdlər ali təhsilin bakalavr, magistr və doktorantura pillələri ilə yanaşı xarici ölkələrdə qısa və uzun müddətli dil kursları barədə də ətraflı məlumat əldə edə biləcəklər. Universitetlərin birbaşa öz nümayəndələrindən ətraflı məlumat almaq şansını əldə etmək üçün Akare Xaricdə təhsil sərgilərində iştirak etmək lazmdır.

Sərgidə iştirak pulsuzdur. Sadəcə olaraq online qeydiyyatdan keçərək sərgidə iştirak edə bilərsiniz. Sərgidə iştirak edənləri xüsusi endirimlər, təqaüdlər və sürprizlər gözləyir.

Online dəvətnamə üçün: http://www.akare.com.tr/online-davetiye/fZ2Y87hkJj