Ads by Google

hightechnic
Ads by Google

ab2fbe04-c58b-4fc3-84fd-a2cb8c6ca69d (1)“Bir sıra televiziya kanallarında xaricdə təhsillə bağlı reklamlar gedir və reklamlarda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi diplomların tanınmasını gerçəkləşdirəcək. Halbuki heç bir şirkət atesstatla xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı Təhsil Nazirliyinin zəmanətini almayıb”.

Bunu Təhsil Nazirliyinin İctimiayyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, xaricdə təhsillə bağlı vəd verən şirkətlər Təhsil Nazirliyinin adından istifadə edərək insanları aldadır: “ Şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir. Bu insanları aldatmaqdır.

Ümumiyyətlə diplomların tanınmasına zəmanət verilməsi hüquqi bir prosesdir. Mən düşünürəm ki, həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı “Xaricdə təhsil üzrə dövlət proqramı”, “Dövlətlərarası müqavilələrlə təqaüd proqramı»dan başqa heç bir şirkətlə əməkdaşlıq etmir`.

Nazirlik rəsmisi xəbərdarlıq edib k, insanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər: “Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Xaricdə təhsil alan tələbənin diplomunun tanınması üçün əvvəlcə onun bitirdiyi universitetdə aldığı tədrisin keyfiyyəti, universitetin necəliyi, tələbənin akademik göstəriciləri, qazandığı kreditlərin sayına qədər hamısı təhlil olunur və bu təhlil öz təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."