Xaricdəki səsvermə bülletenləri Ankaraya belə gətirildi – FOTO

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda xaricdə səs verən vətəndaşların bülletenləri Ankaraya gətirilib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bülletenlər 3 təyyarə ilə paytaxt Ankaraya çatdırılıb.

Səsvermə bülletenləri xüsusi təhlükəsizlik qaydaları gözlənilərək yük maşınlarına yığılıb müvafiq yerə aparılıb.

Qeyd edək ki, xaricdə verilən səslər də mayın 28-də ölkə daxilində səsvermə qurtardıqdan sonra sayılmağa başlanılacaq.