Xarici ölkələrdən gələn şagirdlərin müvəqqəti yaşayış sənədi yoxdursa, onlar yerdəyişmə zamanı ASAN xidmətdən və ya Regional Təhsil İdarələrindən kömək ala bilərlər.
Yenicag.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.
“Bu zaman şagirdin xaricdə yaşadığı və təhsil aldığına dair sənədləri təqdim edilməlidir. Məlumat təsdiqlənərsə, sy.edu.az portalına daxil edilir. Bununla da valideyn istədiyi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər”, – o bildirib.