“Xaricdən yönləndirilən pullar təkcə mediamızın yox, dövlətimizin təhlükəsizliyinə zərbədir” – Aqil Ələsgər

“Həmin pullar təbii ki, bəzi maraqlar üçün yönləndirilir. Bu isə təkcə mediamızın yox, dövlətimizin təhlükəsizliyinə zərbədir. Bunun qarşısını almaq lazımdır. Bu yöndə də ciddi iş aparılmalıdır”.

Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

Qurultayda “Yeni Çağ” media qrupunun rəhbəri Aqil Ələsgər də çıxış edib.

Yenicag.az xəbər verir ki, Aqil Ələsgər iki məsələyə – milli-mənəvi dəyərlərə və informasiya təhlükəsizliyinə diqqət ayırıb.

Milli-mənəvi dəyərlərə zərər gətirilməsi ilə bağlı çıxış edən Aqil Ələsgər bunları deyib:

“Problemlərlə bağlı bizə müraciət ediləndə bu məsələ ya dövlət orqanları, ya da Mətbuat Şurası tərəfindən həllini tapır. Ancaq internet məkanında hər şeyə nəzarət etmək mümkün deyil. İnternet vasitəsi ilə milli-mənəvi dəyərlərimizə zərbələr vurulur, millətimizi alçaldacaq sözlərdən istifadə edilir. Milli dəyərlərə ziyan gətirən fikirlər yayılmaqdadır. Bizi biz edən dəyərlərimizdir. Bu dəyərləri qorumaq üçün iş görməliyik”.

İnformasiya təhlükəsizliyinə gəldikdə isə Aqil Ələsgər qeyd edib ki, xaricdən mənbəyi bilinməyən pullar mediamıza yönləndirilir:

“Həmin pullar təbii ki, bəzi maraqlar üçün istifadə olunur. Bu isə təkcə mediamızın yox, dövlətimizin təhlükəsizliyinə zərbədir. Bunun qarşısını almaq lazımdır. Bu yöndə də ciddi iş aparılmalıdır”.

Səxavət Məmməd

COP29