2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib.
Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalıb.
Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.