!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici bankların filialları da palataya haqq ödəyəcək – Qanun dəyişdirilir

!Reklam – Yazi

Ölkədə fəaliyyət göstərən xarici bankların filiallarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) haqq ödəmələri təklif olunur.

Yenicag.az xəbər verir ki, sözügedən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, haqqında danışılan qanunun 46-1-ci maddəsinə edilmiş düzəlişdə yerli və xarici bankların filiallarının MBNP-yə sonuncunun müəyyənləşdirəcəyi məbləğdə haqq ödəməsi nəzərdə tutulub.

“Banklar haqqında” qanunun mövcud redaktəsində isə yalnız yerli bankların Nəzarət Palatasına haqq ödəmələri qaydası yer almışdı.

www.yenicag.az

4786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv