Xarici işlər naziri: “Qətər Suriyaya qoşun yeritməlidir”  

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr Qətər hakimiyyətini də Suriyaya qoşun yeritməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu haqda “Saudi Press Agency” məlumat yayıb.

O, bunu ABŞ-a dəstək kimi qiymətləndirib.

Xatırladaq ki, aprelin ortalarında “The Wall Street Journal” ABŞ prezidentinin sözlərini şərh edərək yazırdı ki, Suriyada infrastrukturun bərpasına kömək məqsədilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ öz sülhməramlılarını bu ölkəyə yeritməlidir. Qəzet qeyd edirdi ki, Rusiya ilə meydanda tək qalmamaq üçün ABŞ öz müttəfiqlərini köməyə çağırır.

Zaur H.

COP29